Türkiyə-İran sərhədində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, bu gün yerli vaxtla 18:57-də Türkiyə-İran sərhəddində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan MR-də 4- 3 bala qədər hiss olunub.