Qeyri-kommersiya qurumunun təsis sənədləri poçt vasitəsilə daxil olduqda “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər” kitabında qeyd olunur. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı ilə bağlı sənədlər həmçinin təsisçinin (təsisçilərin) və ya onun (onların) səlahiyyətli nümayəndəsinin yaşadığı yer üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bilavasitə qəbul oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Bu halda sənədləri qəbul etmiş rayon (şəhər) qeydiyyat şöbəsi ərizəyə əlavə edilən sənədlərin mövcudluğunu (əlavə edilib-edilməməsinə) yoxladıqdan sonra müşayiət məktubu ilə bir gün ərzində onları baxılması üçün Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə göndərməlidir.