Çənlərin üzən damında (“Panton”da) adamlar olarkən, damaltı fəzanın qazsızlaşdırılmasının aparılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlərin buxarla qazsızlaşdırılması neft buxarlarının qatılığı buraxılabilən qatılıq həddindən aşağı həddə qədər çatanadək aparılmalıdır. Çən, çənin damından 2m hündürlükdə qaz atqı borusu quraşdırılmış və yuxarı lükün açıq vəziyyətində buxara verilməlidir.