Doldurma-boşaltma qurğularında odlu işlər aparmazdan əvvəl hansı tədbirlərin yerinə yetirilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Doldurma-boşaltma qurğularında odlu işlər aparmazdan əvvəl aşağıdakı tədbirlər yerinə yetirilməlidir:
– estakadalardan dəmiryolu sisternləri çıxarılmalıdır;
– doldurma-boşaltma qurğularının meydançaları, boşaltma novları və kanalizasiya qanovları neftin qalıqlarından təmizlənməlidir;
– doldurma-boşaltma qurğuları və boru kəmərləri bağlanmalı və neftdən azad olunmalıdır;
– baxış quyuları, kanalizasiyanın hidravlik sürgüləri qapaqla örtülməlidir və qapaqların üzərinə qalınlığı 0,1 m-dən az olmayan qum qatı səpilməlidir.