Mikrobioloji çirklənmənin təkrarlanmasının qarşısını almaq və uyğun olmayan nəticələrin səbəbini müəyyən etmək məqsədilə qida subyektləri qabaqcıl gigiyena təcrübələrini tətbiqini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müayinə nəticələri qida təhlükəsizliyi göstəricilərinə uyğun olmadığı halda həmin məhsul partiyası qida subyektləri tərəfindən ticarət şəbəkələrindən yığışdırılmalı və ya geri çağırılmalı, həmin məhsulların utilizasiyası və ya məhv edilməsi təmin edilməlidir.