Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı aparılmalı, prosessual hərəkətlərin nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Prosessual hərəkətlər bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirildikdə müdafiəçi və ya nümayəndənin videokonfrans əlaqənin yaradılması zamanı olacağı yer təmsil olunan şəxsin seçiminə əsasən müəyyən edilir.