Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 21-23 noyabr tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin 5-ci konfransının xərci məlum olub.
Heftelik.az-ın məlumatına görə, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin 5-ci konfransının təşkili ilə əlaqədar tələb olunan xidmətlərin satın alınması ilə bağlı əlaqədar elan etdiyi tenderin qalibinin “Excellent Trade” QSC olduğu açıqlanıb.
Məlum olub ki, bu konfrans üçün 975.199,2 manat sərf olunacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.