Qida obyektlərində istifadə olunan avadanlıqlara dair gigiyena tələbləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar:
– təmiz saxlanılmalı və dezinfeksiya edilməli;
– çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanmalı və yararlı vəziyyətdə saxlanmalıdır;
– təkrar istifadə edilməyən (birdəfəlik istifadə üçün nəzərdə tutulan) konteyner, qablaşdırma vasitələri və materialları istisna olmaqla, bütün alət, avadanlıq və ləvazimatlar təmizlik və dezinfeksiyaya imkan verəcək materiallardan hazırlanmalı və işlək vəziyyətdə saxlanmalıdır;
– avadanlıqlar iş yerinin və ətraf ərazinin təmizlənməsinə şərait yaradan tərzdə yerləşdirilməlidir.