Qida təhlükəsizliyi göstəriciləri sanitar-gigiyenik normalar, qalıqların və çirkləndirici maddələrin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən göstəricilərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Tibbi məqsədlər üçün hazırlanan qida məhsulları insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan, həkim göstərişi ilə qəbul edilən xüsusi təyinatlı qida məhsullarıdır.