Torpaqqazanla torpağın qazılması zaman hansı təhlükəsizlik tələblərinə riayət edilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Torpaqqazanla torpağın qazılması zaman aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:

– torpaqqazanın perimetr boyu etibarlı dayaqlarla bərkidilmiş göyərtənin tarım çəkilib bağlanmış buraz çəpərlənməsi olmalıdır;

– pontonların möhkəm döşəməsi və tarım çəkilib bağlanmış buraz (leyer) çəpərlənməsi olmalıdır;

– torpaqqazandan sahilə və ya digər gəmilərə keçmək üçün taxta körpü (traplar) quraşdırılmalıdır;

– iş yerləri və pontonlar gecə vaxtı bütün uzunluğu boyu işıqlandırılmalıdır.