Təsis sənədləri daxil olduğu gün “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər” kitabında qeydiyyata alınır, qeydiyyat orqanının rəhbərinə təqdim edilir və onun dərkənarı ilə icraata yönəldilir. Sənədlər icraçı tərəfindən qəbul edilərkən “Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər” kitabında imza edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
“Arxiv sənədlərinin qeydiyyatı” kitabında qurumun adı, qeydiyyat nömrəsi və tarixi, təşkilati-hüquqi forması, mühafizə edilən sənədlər haqqında məlumatlar göstərilir.