Nasos aqreqatları işləyərkən və boru xətləri təzyiq altında olarkən onların təmir edilməsi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Təmirə dayandırılarkən nasosun qidalandırıcı mənbədən ayrılmış elektrik mühərrikində, operator otağındakı idarəetmə lövhəsində və işə salma qurğusunun üzərində “İşə salma! Adamlar işləyir!” yazıları olan lövhələr asılmalıdır.