Müşahidə Şurasının hər bir üzvünə iсlasın gündəliyi barədə yazılı (elektron və ya kağız daşıyıcıda) bildirişin verilməsi qaydası və müddəti müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Gündəliyə iclasda müzakirə olunacaq məsələləri əks etdirən dolğun və tam açıqlanmış yazılı materiallar əlavə edilməlidir. Müşahidə Şurasının hər bir üzvünə növbəti iclasın gündəliyi ilə birlikdə bankın daxili qaydaları ilə müəyyən edilmiş dövrilik üzrə təqdim edilməsi nəzərdə tutulan məlumat və hesabatlar da təqdim edilməlidir. Məlumat və hesabatlarda ən azı bankın maliyyə vəziyyəti və dayanıqlılıq göstəriciləri, illik büdcənin təhlili, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank), vergi, icra və digər dövlət orqanları (qurumları) ilə bütün əhəmiyyətli yazışmalar (bankın fəaliyyətində aşkar olunmuş nöqsanlar, məcburi göstərişlər, sərəncamlar və s.) və nəzərdə tutulan tədbirlər planı, bank fəaliyyətini tənzimləyən hüquqi çərçivədə yeniliklər, daxili və kənar auditin təklifləri, tövsiyələri və onların icra vəziyyəti, bankın məruz qaldığı risklərin təhlili əhatə olunmalıdır.