Elektroqığılcımlı defektoskopdan istifadə zamanı nələrin qadağan olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Elektroqığılcımlı defektoskopdan istifadə zamanı qadağandır:
– dielektrik əlcəksiz və rezin qaloşsuz işləmək;
– defektoskopu elektrik qida mənbəyindən açmamış yerləbirləşdiriciyə və şupa (torpağı yoxlamaq üçün burğu şəkilində alət) toxunmaq;
– neft kəmərlərinin izolyasiya örtüyünün səthi nəm olduğu halda izolyasiyanın keyfiyyətini yoxlamaq.