Hava proqnozuna əsasən şimşəkli hava şəraiti gözlənilirsə, o zaman bütün təmir işləri görülüb başa çatdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yeni ildırımötürücünün quraşdırılmasından və ya təmirindən əvvəl, yerləbirləşdirici ilə cərəyan ötürücünün quraşdırılmasını yerinə yetirmək, sonra ildırım qəbuledicini quraşdırmaq və cərəyan ötürücüyə qoşmaq lazımdır.