Məhkəmə prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun olduğu yer üzrə müvafiq məhkəmə sədrinin vasitəsi ilə həmin məhkəmənin aparatına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İbtidai araşdırma zamanı qərarı qəbul etmiş müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini göstərilən şəxsin olduğu yer üzrə müstəntiqə və ya təhqiqat orqanının əməkdaşına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edir.