“Qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə müraciətlər” kitabında ərizənin daxil olma nömrəsi və tarixi, hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, müraciət etmiş şəxs (ərizəçi) haqqında məlumat, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
“Dövlət reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər” kitabında müraciətin daxil olma nömrəsi və tarixi, qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat nömrəsi və tarixi, müraciətin qısa məzmunu, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.