Uşaq və tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində hansı məlumatların göstərilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Uşaq və tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində aşağıdakı məlumatlar göstərilməlidir:
– tibbi məqsədlər üçün hazırlanan qida məhsullarının etiketlənməsində əlavə olaraq təyinatı və istifadə qaydaları, əks göstərişlər də qeyd olunmalıdır;
– “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsi nəzərə alınmaqla, uşaq qida məhsullarının etiketlənməsində əlavə olaraq aşağıdakı məlumatlar əks olunmalıdır:
– üzərində əmtəə nişanının şriftindən kiçik olmayan şriftlə “UŞAQ QİDASI” yazısı;
– altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş tibbi məqsədlər üçün hazırlanan qida məhsullarında məhsulun məqsədli təyinatı barədə dəqiq göstərişlər, onun tərkibi, xüsusiyyətləri və istifadəsi üzrə məsləhətlər;
– istifadəsi məsləhət görülən yaş qrupları;
– istehlak qablaşdırması açıldıqdan sonra yararlılıq müddəti və şəraitinə dair tələblər.