Noyabrın 15-i saat 23 radələrində avtomobil qəzası nəticəsində həlak olan alim Arif Acaloğlu sabah dəfn olunacaq.

Heftelik.az-ın Report-a itinadən verdiyi məlumata görə, mərhum noyabrın 17-də Maştağa rayonunun Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə A.Acaloğlunu vurub. Alum aldığı xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.