Avrobond anlayışına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Avrobond emitentin öz ölkəsindən kənarda öz valyutasından fərqli xarici valyutada buraxdığı beynəlxalq istiqrazdır.
Bu Qaydanın məqsədləri üçün kredit reytinqi olaraq hesabat tarixindən əvvəlki son 12 təqvim ayı ərzində beynəlxalq nüfuzlu reytinq agentlikləri tərəfindən verilən və qüvvədə olan ən aşağı kredit reytinqi əsas götürülür.