Bankın ümumi strategiyası nəzərə alınmaqla likvidlik riskinin idarə edilməsi siyasətində bankın aktiv və öhdəliklərinin tərkibi, müddəti və idarə olunması metodları, maliyyələşdirilmə mənbələrinin müxtəlifliyi və sabitliyi, müxtəlif valyutalarda likvidliyin idarə olunmasına yanaşma, gün ərzində likvidliyin idarə olunmasına yanaşma, bank məhsullarının çeşidi, aktivlərin realizasiyasına dair fərziyyələr öz əksini tapmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.