Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının mərhələlərdən ibarət oldu\u açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:

– beynəlxalq təşkilat tərəfindən buraxılış şərtlərinin tərtib edilməsi;

– Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması;

– buraxılış şərtlərinin açıqlanması (beynəlxalq təşkilatın kütləvi təklif edilən qiymətli kağızları üçün);

– beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi.

– Beynəlxalq təşkilatın qiymətli kağızlarının nominalı milli və ya xarici valyutada ifadə olunur.

– Beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası barədə məlumat və qiymətli kağızlarla təsbit olunan hüquqlar buraxılış şərtlərində əks olunur.