Abunəçinin istəyinə uyğun olaraq abunə qutusunda yeni qıfılın quraşdırılması və ya açarın dəyişdirilməsi, həmçinin abunəçinin günahı üzündən zədələnmə hallarında qıfılın və ya qutunun təmiri abunəçinin hesabına poçt obyekti tərəfindən və ya abunəçinin özü tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Abunə qutusundan təyin edilmiş istifadə müddəti bitdikdə və ya abunəçi gələcək istifadədən imtina etdiyi halda abunə qutusu ən tezi bir aydan sonra digər abunəçinin istifadəsinə verilə bilər. Onun adına daxil olan poçt göndərişləri və pul köçürmələri geri ünvana qaytarılır, geri ünvan olmadıqda isə bu göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilməklə “Poçt haqqında” qanunda müəyyən olunmuş müddətdə poçt rabitəsi operatorunda saxlanılır.