Mülki iddiaçının təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarının iddiaya dair hissəsindən apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək hüququ var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Eyni zamanda mülki iddiaçı cinayət prosesini həyata keçirən orqanın onun iddiasına dair hissəsindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş digər hallara etirazını bildirə bilər.