Test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar test imtahanı və müsahibə keçirilmir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yerli bölmələr tərəfindən tabeliyində olan təhsil müəssisələrinə göndərilir.