Boru xəttindən, birləşdirici detallardan, boşaldıcı aqreqatların sarğılarından neftin sızması aşkar olduqda aqreqatlar söndürülməli, qəbul və təzyiq xətlərində siyirtmələr bağlanmalı, boru xətlərinin və nasosların boşluqlarında izafi təzyiqin olmamasına əmin olduqdan sonra sızma aradan qaldırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Aqreqatın siyahısında olmayan kənar avadanlığın daşınması və boşaldılması üçün platformadan və qaldırıcılardan istifadə etmək qadağandır. Nasos aqreqatları nəql edilən zamanı avadanlıq yerləşən platformada və salonda insanların olması qadağandır.