Saxlanılma müddətinin qarşısında “MEK” işarəsi olan sənədlərin dəyərliliyinin ekspertizası keçirilərkən onların daha da çox müddətə saxlanıla bilməsi nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Bu sənədlərin ekspertizası zamanı “MEK” işarəsi götürülür və PX-nin xidmət sahələri, PX-nin tabeliyində olan müəssisə və təşkilatlar tərəfindən yeni saxlanılma müddətləri müəyyən edilir (daimi saxlanılma müddəti də daxil edilməklə). Nəzərə alınmalıdır ki, bu müddətlər müvafiq Siyahı üzrə təsdiq edilmiş aşağı həddən az olmamalıdır.