Beynəlxalq təşkilatın qiymətli kağızlarının dəyəri investorlar tərəfindən yalnız pulla ödənilir və yerləşdirmə müddəti ərzində buraxılış şərtlərində müəyyən edilmiş müvəkkil banklardakı müvəqqəti cari hesabda saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi başa çatdıqdan sonra müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri beynəlxalq təşkilatın hesabına köçürülür. Mərkəzi depozitar beynəlxalq təşkilatın qiymətli kağızlarının dəyərinin ödənilməsi haqqında məlumatı müvəkkil bankdan aldığı gündən sonrakı iş günü ərzində beynəlxalq təşkilatın qiymətli kağızları ilk mülkiyyətçilərin depo hesablarına köçürür.