Cəmi xalis nağd məxariclər növbəti 30 (otuz) təqvim günü ərzində gözlənilən cəmi nağd məxariclər ilə gözlənilən cəmi nağd mədaxillərin fərqinə bərabərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Bu zaman aşağıdakılar nəzərə alınır:
– gözlənilən cəmi nağd məxariclər balans və balansdankənar öhdəliklərin onların bu Qaydada müəyyən edilmiş qaçış və ya geri çəkilmə ehtimallarını faizlə ifadə edən əmsala hasili yolu ilə hesablanır;
– gözlənilən cəmi nağd mədaxillər aktivlərin onların bu Qaydada müəyyən edilmiş hesablamada nəzərə alınan hissəsinin faizlə ifadə edilən əmsala hasili yolu ilə hesablanır və cəmi nağd məxariclərin 75 (yetmiş beş) faizindən çox olmamalıdır.