Çalada odlu işlərə başlamazdan əvvəl oranın havası dəyişdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Havada qaz və buxarlar aşağıdakı miqdarda olduqda işə başlamaq olar:
karbohidrogen qarışığında kükürd- 3,0 mq/m3, doymuş karbohidrogenlər- 300 mq/m3.
Əgər odlu işlər bir neçə gün davam edərsə qaz və buxarların qəflətən sızma mümkünlüyü istisna deyilsə, işə başlamazdan əvvəl və iş zamanı hər saatdan bir təmir aparılan çalada hava mühitinin tərkibi yoxlanılmalıdır. Neft və qaz buxarlarının miqdarı sanitar normalar üzrə buraxılabilən həddi aşmamalıdır. Analiz hər fasilədən sonra və yaxud iş yerində neft və qaz buxarlarının yaranması ehtimalı yarandıqda aparılmalıdır. Sonuncu halda fasiləsiz işləyən qazanalizatorun istifadəsi məqsədəuyğundur.
Yuxarıda qeyd edilən təhlükəsizlik tədbirlərinə riayət edilmədikdə həmçinin işçi zonanın havasında qaz və buxarlar aşkar edildikdə odlu işlərin aparılması dayandırılmalı, işçilər isə təhlükəli zonadan çıxarılmalıdır.