İş üçün lazım olan sənədlərin seçilməsində tədqiqatçıya kömək məqsədilə arxiv işləri bölməsinin əməkdaşları saxlanılan arxiv işlərinin elmi-sorğu aparatından istifadə edir və ya lazım gəldikdə onu məxfilik rejimi gözlənilməklə bölmə rəisinin icazəsi ilə icraçıya verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
EMA-nın məlumat kitabçası tədqiqatçıya ancaq arxiv işləri bölməsinin qiraət zalında verilə bilər və bu barədə uçot jurnalında (forma №-30) qeydiyyat aparılır.