Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Müsabiqədə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 36-1-ci maddəsi nəzərə alınmaqla müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na uyğun olaraq pedaqoji təhsili olmayan ali təhsilli şəxslər iştirak edə bilərlər.