Qəza baş verən sahə ilə bitişik (qonşu) sahədə yerləşən siyirtmələr bağlanmalı, onların sükanları çıxarılmalı (əgər buna texniki cəhətdən imkan varsa), siyirtmələrin elektrik mühərrikləri elektrik cərəyanından ayrılmalı və siyirtmələrin elektrik intiqallarının üzərində xəbərdaredici işarələr qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neft kəmərlərində zədələnmiş sahələri və neftin axdığı yerləri aşkar etmək üçün nəqliyyat vasitələrindən istifadə edərkən aşağıdakı tələblərə riayət olunmalıdır:
– sutkanın işıqlı vaxtı nəqliyyat vasitəsi neftin dağıldığı yerdən 100 metrdən artıq məsafədə saxlanılmalıdır; kəşfiyyatı qaz təhlükəli yerlərdə təhlükəsiz iş üsullarını və yanğın təhlükəsizliyi qaydalarını bilən, iki nəfərdən ibarət qrup aparmalıdır;
– sutkanın qaranlıq vaxtı, dumanlı hava şəraitində kəşfiyyatı üç nəfərdən ibarət qrup aparmalıdır. Qrupla nəqliyyat vasitəsi arasındakı məsafəni qrupa başçı təyin olunan şəxs müəyyən edir; bütün hallarda bu məsafə 10 metrdən az olmamalıdır;
– neftin axması əlamətləri aşkar olunduqda kəşfiyyat qrupu dərhal nəqliyyat vasitələrinə dayanmaq siqnalı verməli və ərazini yoxlamalıdır.