Poçt rabitəsi operatorlarının əsas funksiyaları müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt rabitəsi operatorlarının əsas funksiyaları aşağıdakılardır:
– poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərə və müqavilə şərtlərinə uyğun olaraq müəyyən edilmiş keyfiyyət səviyyəsində poçt rabitəsi xidmətlərinin göstərilməsi;
– universal poçt rabitəsi xidmətlərinə aid olan poçt göndərişlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən müəyyən olunmuş müddətlərdə göndərilməsi;
– universal poçt rabitəsi xidmətlərinə aid olmayan poçt göndərişlərinin və pul köçürmələrinin qanunvericiliyə uyğun olaraq onlar tərəfindən müstəqil müəyyən olunmuş müddətlərdə göndərilməsi;
– poçt göndərişlərinin və pul köçürmələrinin təhlükəsizliyinin təmin edilməsi;
– poçt rabitəsi xidmətlərinin göstərilməsi zamanı poçtun məxfiliyinin qorunması;
– qanunla nəzərdə tutulan qaydada istifadəçilərin informasiya almaq imkanının təmin edilməsi;
– qanunla müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış tədbirlərinin və prosessual hərəkətlərin həyata keçirilməsində hüquq mühafizə orqanlarına yardım göstərilməsi.