Xəbər verdiyimiz kimi tanınmış alim Arif Acaloğlu yol qəzasında həlak olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  onu vuran “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyi məlum olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Mercedes” markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

***

saat 11.44

Türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlu qəzada ölüb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov paylaşım edib.

Arif Acaloğlu Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi doğma Bakıda yol qəzasında həyatını itirib.

Allah rəhmət etsin!