Qəzzada həlak olan İsrail hərbçilərinin sayı 50-yə çatıb.

Heftelik.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının şimalında HAMAS-a qarşı aparılan hərbi əməliyyatlarda daha iki hərbçi ölüb və bununla da İsrailin quru əməliyyatında ölən hərbçilərinin sayı 50-yə yüksəlib.

Öldürülən hərbçilər 22 yaşlı kapitan Asaf Master və 22 yaşlı kapitan Kfir İstxak Frankodur.