Hazırda Qarabağ iqtisadi rayonunda, o cümlədən Xankəndidə məskunlaşmış erməni əsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir.

Heftelik.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

 

O bildirib ki, bu proseslə bağlı müvəqqəti qərargah yaradılıb və məlumatlar mərkəzləşmiş qaydada verilir:

“Müvafiq məlumatlar uyğun zamanda təqdim olunacaq”.