Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası zamanı tətbiq edilən əmsallar açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
– dövlət qiymətli kağızları – 100%;
– bank hesablarındakı pul vəsaitləri – 100%;
– daşınmaz əmlak – 80%;
– qeyri-dövlət qiymətli kağızları – 80%;
– sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları:
– hesabat tarixinə ödəmə vaxtı gecikdirilməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 100%;
– hesabat tarixinə ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 0%;
– sığorta ehtiyatlarında təkrarsığortaçıların payı – 100%;
– həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri – 100%.