Bu gün Yasamal rayon məhkəməsində teleaparıcı Zamirə Dadaşovanın Space TV-nin baş direktoru Vado Karovinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az-ın məlumatına görə, Zamirə Dadaşova bu barədə sosial şəbəkədə paylaşımında bildirib.
Zamirə Dadaşova bu dəfə də qalib olduğunu qeyd edib: “Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə qarşı iddia tələbim təmin edildi. Məhkəmənin qərarı ilə Space MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqım ödəniməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm”.