Stress-testin nəticələri bankın likvidlik üzrə risk iştahası, siyasəti, limitləri və daxili qaydalarında, habelə likvidliyin idarə edilməsi üzrə fövqəladə hallar planının hazırlanmasında və effektivliyinin artırılmasında nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Stress-testlərin nəticələri barədə məlumatlar yarımillik əsasda müvafiq dövrdən sonrakı ayın 15-dək Mərkəzi Banka təqdim edilməlidir.