Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.