Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının tək bir mərtəbəsinin cari təmiri üçün 593.949,11 manat “xərclənəcək”.
Heftelik.az-ın məlumatına görə, bu, Azərbaycan Tibb Universitetinin ATU –nun Tədris Terapevtik Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması ilə əlaqədar elan etdiyi tenderin nəticəsinin açıqlanması zamanı məlum olub.
Tenderin qalibi “M-HOUSE CONSTRUCTİON” elan edilib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidir. O, bu vəzifəyə 2016-cı ildə təyin edilib.