Arxiv işləri bölməsində mühafizə edilən xüsusilə mühüm arxiv sənədləri tanışlıq üçün ancaq Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyinə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Müstəsna hallarda ƏN və PX-nin rəhbərliyi tərəfindən imzalanmış sorğu əsasında icraçıya xüsusilə mühüm arxiv sənədləri ilə tanış olmağa arxiv işləri bölməsinin qiraət zalında arxiv işləri bölməsinin rəhbərliyinin iştirakı ilə icazə verilə bilər. Bu zaman sənəddən çıxarış edilməsinə icazə verilməsi sorğuda göstərilməlidir. Xüsusilə mühüm sənədlərin surətinin çıxarılması qadağandır.