Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə İsrailin “Ynet.co.il” saytı məlumat yayıb.
Qeyd edilib ki, İran əsilli şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib: “Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakıda məhkəməyə çıxarılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”.