Milli operatorun poçt obyektlərinin şəhər və kənd yerlərində yerləşdirilməsi normativləri istifadəçilər üçün universal poçt rabitəsi xidmətlərinə çıxış imkanının təmin olunması nəzərə alınmaqla işlənib hazırlanır və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və RİNN birgə müəyyən edirlər.