Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtlərində ən azı nələrin öz əksini tapdığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.

Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtlərində ən azı aşağıdakılar öz əksini tapır:

– beynəlxalq təşkilat haqqında məlumat:

– beynəlxalq təşkilatın tam adı, baş ofisinin ünvanı və əlaqə vasitələri (telefon nömrəsi və elektron poçt ünvanı);

– beynəlxalq təşkilatın məqsəd və funksiyalarının qısa təsviri;

– beynəlxalq təşkilatın imtiyazları və toxunulmazlıqları haqqında (olduqda) məlumat.

– beynəlxalq təşkilatın ən son dərc olunmuş və audit edilmiş maliyyə hesabatı və ya bu hesabatın açıqlandığı və ya baxılması mümkün olduğu mənbə;

Buraxılış barədə aşağıdakı məlumatlar:

– qiymətli kağızların tədavül müddəti, nominal dəyəri, sayı və ümumi məbləği;

– yerləşdirilmə üsulu və qaydası;

– beynəlxalq təşkilatın qiymətli kağızlarının faiz dərəcəsi (olduqda), faizlərin və yerləşdirilmə qiymətinin ödənilmə tarixi və müddəti və bu məlumatların açıqlanması üsulları barədə məlumat. Faiz dərəcəsi müəyyən olunmadığı halda beynəlxalq təşkilatın qiymətli kağızlarının faiz dərəcəsinin nəyin əsasında hesablanması üsulu, həmin əsas barədə məlumat və onun müəyyən olunmasının mənbələri;

– təmin edilmiş  qiymətli kağızlar üzrə təminatın təsviri və şərtləri;

– beynəlxalq təşkilatın qiymətli kağızlarının mülkiyyətçilərinin hüquqları;

– beynəlxalq təşkilatın qiymətli kağızlarının qiymətinin ödənilməsi üçün beynəlxalq təşkilatın müvəkkil bankda açdığı müvəqqəti cari hesab haqqında məlumat;

– kütləvi təklif üsulu ilə yerləşdirildiyi halda beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirildiyi fond birjasının adı və ünvanı;

–  beynəlxalq təşkilatın qiymətli kağızları üçün abunə yazılışının başlanma və başa çatma tarixləri və ya həmin tarixlərin müəyyən edilməsi qaydası (abunə yazılışı vasitəsilə yerləşdirilən qiymətli kağızlar üçün), buraxılışın anderrayteri barədə məlumat (adı və ünvanı);

– klirinq təşkilatının adı və ünvanı;

– beynəlxalq təşkilatın qiymətli kağızlarının saxlanılmasını və uçotunu aparan mərkəzi depozitarın olduğu yer.