Hava mühitində qaz qarışığının təhlükəli qatılığı aşkar edildikdə nələrə riayət edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hava mühitində qaz qarışığının təhlükəli qatılığı aşkar edildikdə aşağıdakılara riayət edilməlidir:
– insanlar qazlı zonadan çıxarılmalı;
– təhlükəsizlik üzrə işlər istisna edilməklə bütün digər işlər dayandırılmalı;
– işin rəhbərinə və ya dispetçerə xəbər verilməli;
– küləyin istiqaməti nəzərə alınmaqla, qazlı zonada təhlükəsizlik nişanları qoyulmalı;
– qazlılığın ləğv edilməsi üzrə tədbirlər görülməlidir.
Qazlılığın və sızmanın səbəbləri aradan qaldırıldıqdan sonra işlərə yenidən başlanılmalıdır. Neft və qaz buxarlarının miqdarı bu halda sanitar normaları üzrə buraxılabilən həddi aşmamalıdır.