Səyyar buxar və parafinsizləşdirmə qurğularına xidmət göstərməyə tədris müəssələrində təlim keçmiş, attestasiya olunmuş və qazana xidmət etməyə vəsiqəsi olan şəxslər buraxılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Buxar və parafinsizləşdirmə qurğusunun hər bir qazan istismara buraxılmazdan əvvəl dövri və növbədənkənar texniki yoxlamadan keçirilməlidir. Növbədənkənar yoxlamanın keçirilməsi zamanı qazanın pasportunda yoxlamanın keçirilməsinin səbəbi göstərilməlidir.