Bankın daxili nəzarət sistemi likvidlik riskinin idarə olunması sisteminə adekvat nəzarətin həyata keçirilməsini təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Daxili nəzarət sisteminin əsas komponenti likvidlik riskinin idarə olunması sisteminin səmərəliyinin mütəmadi müstəqil qiymətləndirilməsi və bu sistemə zəruri dəyişikliklərin edilməsi barədə tələblərin irəli sürülməsidir. Belə qiymətləndirmələrin nəticələri sənədləşdirilməli və bankın Müşahidə Şurası, RİK və İdarə Heyətinə təqdim edilməlidir.