Daxili qaydalar bankın likvidlik riski yaradan fəaliyyətini və likvidliyin idarə olunması prosesini hərtərəfli tənzimləməli və bankın likvidlik riskinin idarə edilməsi siyasətinin həyata keçirilməsi zamanı rəhbər tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Daxili qaydalarda likvidliyin idarə olunması üzrə bankın likvidlik mövqeyinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirən struktur bölmə müəyyən edilməli, onun səlahiyyətləri və tabeçiliyi, habelə hesabatların təqdim edilməsi prosedurları və bankın digər struktur bölmələri ilə əlaqələri müəyyən olunmalıdır.